06 may 2023, 13:16

Mehriban Əhmədovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin apardığınız uğurlu xarici və daxili siyasət, göstərdiyiniz qətiyyətli mövqe nəticəsində bu gün biz, Laçın şəhər sakinləri 30 il öncə tərk etməyə məcbur qaldığımız evlərimizə geri dönürük.

Göstərdiyiniz diqqətin nəticəsidir ki, vəhşi düşmənlərimizin viran qoyduğu Laçınımız qısa zaman ərzində cənnətə çevrilib və həsrətlə öz sakinlərinin yolunu gözləyir.

Mən bir laçınlı, ömrünün 30 ili Vətən həsrəti ilə keçmiş 70 yaşlı təqaüdçü olaraq Laçına və laçınlılara verdiyiniz önəmə, Sizin tapşırığınızla müayinə edilməyimizə görə ailəmizin adından Sizə minnətdarlığımı bildirirəm.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Əhmədova Mehriban, Laçın şəhər sakini.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.