08 may 2023, 19:01
Əliniyaz Məmmədovdan, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident.
“Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 2023-cü il 20 aprel tarixli Sərəncamınıza görə Xol Qarabucaq kəndinin əhalisi adından Sizə minnətdarlığımı bildirirəm.
On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi yerli sakinlərin rahatlığına, həmin kəndlərin gələcək inkişafının təmin olunmasına xidmət edir.
Cənab Prezident, mən bir ağsaqqal olaraq kənd sakinlərinin razılığını Sizə çatdırmaqdan böyük şərəf hissi duyuram. Dualarımız hər zaman Sizinlədir.
Hörmətlə,
Məmmədov Əliniyaz, Xol Qarabucaq kəndi üzrə Ağsaqqallar Şurasının sədri.
Azərbaycan Respublikası, Neftçala rayonu, Xol Qarabucaq kəndi.