Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1028; 2008, № 12, maddə 1057; 2011, № 1, maddə 21; 2018, № 11, maddə 2327; 2022, № 11, maddə 1331) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Kollegiyanın üzvləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin rəisləri.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2023-cü il