Almaniyadakı Avropa Türk İslam Birliyinin fəxri sədri, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin sədri Musa Sərdar Çələbidən

12 may 2023, 18:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Türk dünyasının böyük oğlu, adı ən nüfuzlu tarixi şəxsiyyətlərlə yanaşı çəkilən, həyatı və fəaliyyəti ilə nəsillərə örnək olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük qürur hissi ilə qeyd edirik.

Ümummilli Lider Heydər Əliyev 1990-cı illərin əvvəllərində vətəndaş müharibəsi, parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanı uzaqgörənliyi, müdrikliyi və siyasi liderliyi sayəsində qısa müddətdə sürətli inkişaf yoluna çıxararaq Qafqazın doğan Günəşinə çevirdi. Ulu Öndər Heydər Əliyev “Bir millət, iki dövlət” prinsipini əsas tutaraq Türkiyə ilə münasibətlərin inkişafına daim xüsusi diqqət yetirir, Azərbaycanın reallaşdırdığı layihələrdə Türkiyənin geniş təmsil olunmasına çalışırdı. Məhz bunun nəticəsində Azərbaycan və Türkiyə birlikdə həyata keçirdikləri mühüm layihələrlə bölgədə əməkdaşlığın inkişafında böyük rol oynayır.

Qürurverici haldır ki, bu gün Sizin rəhbərliyinizlə Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla əmin addımlarla irəliləyərək böyük uğurlar qazanmaqdadır. Siz İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazanaraq Azərbaycan torpaqlarını işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirdiniz, eyni zamanda bütün Türk dünyasına şanlı Zəfər sevincini yaşatdınız, Ulu Öndərin ucaltdığı Bayrağı əzəli torpaqlarda dalğalandırdınız.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək Sizə və ailənizə uzun ömür, cansağlığı, uğurlar arzulayır, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Musa Sərdar Çələbi

Almaniyadakı Avropa Türk İslam Birliyinin fəxri sədri,

Avrasiya Strateji Araşdırmalar Mərkəzinin sədri

SƏNƏDLƏR Fərmanlar 10 mart 2025
13:34
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

10 mart 2025, 13:34
SƏNƏDLƏR Sərəncamlar 07 mart 2025
16:00
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...

07 mart 2025, 16:00
SƏNƏDLƏR Sərəncamlar 06 mart 2025
16:30
“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...

06 mart 2025, 16:30