16 may 2023, 16:35

Cəlil Səfərlidən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Müstəqilliyimizin qurucusu, xalqımızın əbədiyaşar Lideri, mükəmməl dövlətçilik siyasətinizin ilham qaynağı olan Ulu Öndər Heydər Əliyevin birəsrlik ömrünün sevincini Sizinlə paylaşmaqdan qürur duyuram.

Heydər Əliyev və Siz daim xalqımızın qəlbində yaşayacaqsınız. Ulu Öndər kimi uzaqgörən, müdrik bir rəhbərin müəyyənləşdirdiyi yol Azərbaycanın xilası oldu. Bu yolu şərəflə davam etdirdiyinizə görə Sizə minnətdaram.

Nə yaxşı ki, varsınız, cənab Prezident. Sizin müdrikliyiniz xalqımızı işıqlı yollarla irəliyə aparır. Çox sağ olun, əziz Prezidentimiz.

Hörmətlə,

Səfərli Cəlil Cəfər oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu.