16 may 2023, 18:00
Pellumb Aqalliyaydan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sənət fəaliyyətimə yüksək qiymət verərək məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizin tərəfinizdən mənə “Əməkdar müəllim” fəxri adı, Prezident mükafatı, indi isə Prezident təqaüdü verilmişdir. Hesab edirəm ki, bütün bunlar təkcə mənim əməyimə deyil, eyni zamanda, Azərbaycan xoreoqrafiya sənətinə və işlədiyim Bakı Xoreoqrafiya Akademiyasına verilən yüksək mükafatlardır.
Sizin diqqət və etimadınız gələcək uğurlarımızın carçısıdır.
Hörmətlə,
Aqalliyay Pellumb Mustafa oğlu, Əməkdar müəllim, Prezident təqaüdçüsü.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.