17 may 2023, 13:04

Yusif Əliyevdən, Ağdam, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubiley münasibətilə Şuşa şəhərindən xalqa etdiyiniz tarixi müraciəti alqışlayırıq.

Azərbaycanın mədəniyyət mərkəzi Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin, Heydər Əliyev, Dəmir Yumruq, digər küçə və binaların açılışında iştirakınız, Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş məzarını ziyarət etməyiniz bizi çox sevindirdi.

Allah Sizi və Azərbaycanı qorusun!

Seyid Lazım Ağa ocağı adından hörmətlə,

Əliyev Yusif Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.