17 may 2023, 15:10

Aslan Şirinovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident.

Siz hər zaman mədəniyyət və incəsənət xadimlərini diqqətdə saxlayır, onların sənətini və əməyini layiqincə qiymətləndirirsiniz. Mənim sənətim də Sizin tərəfinizdən diqqətlə əhatə olunub. 2023-cü il 6 may tarixli müvafiq Sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşəm və bunu həyatımın ən xoşbəxt anlarından biri hesab edirəm.

Cənab Prezident, yaradıcılığıma verdiyiniz yüksək dəyərə, məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə “Çox sağ olun!” deyir, dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Şirinov Aslan, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.