17 may 2023, 17:30

Asif Mikayılovdan, Zərdab, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Doğma torpaqlarımızı mənfur erməni qəsbkarlarından azad edərək, oradakı xarabalıqlarda qısa müddətdə cənnət yaratmağa ancaq Sizin kimi güclü, qətiyyətli, müdrik və xalqını sevən Lider nail ola bilərdi.

Cənab Prezident, mən və həyat yoldaşım əlilik. Əlil ailəsi kimi hər zaman qayğı ilə əhatə olunmuşuq. Dövlət tərəfindən müalicələrimiz vaxtlı-vaxtında aparılır, əlamətdar günlərdə diqqətdən kənarda qalmırıq. Ailəmiz Sizin xarici və daxili siyasətinizi daim dəstəkləyib, bundan sonra da nə qədər ömrümüz var Sizi dəstəkləyəcəyik.

Gördüyünüz möhtəşəm işlərə, qazanılan böyük uğurlara, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda apardığınız quruculuq işlərinə görə Sizə minnətdarıq.

Hörmətlə,

Mikayılov Asif Mikayıl oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Əlibəyli kəndi