17 may 2023, 19:10

Xurşud Abdullayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu günlərdə mən özümü çox xoşbəxt hiss edirəm. Siz fəaliyyətimə yüksək dəyər verərək məni Prezident mükafatına layiq görmüsünüz. Bir incəsənət xadimi kimi tam səmimi deyə bilərəm ki, bu mükafat məni daha da həvəsləndirir, yeni uğurlara səsləyir.

Sizin qayğınız hesabına Azərbaycan mədəniyyəti və incəsənəti inkişaf edir, dünya səviyyəsində tanınır, uğurla təbliğ olunur. Mədəniyyət və incəsənət xadimlərinin səmərəli fəaliyyət göstərmələri və uğurlar qazanmaları üçün hər bir şərait yaradılıb.

Əziz Prezident, Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Abdullayeva Xurşud, Azərbaycan Dövlət Xor Kapellasının direktoru, Əməkdar artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.