İncəsənət xadimlərindən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mədəniyyətimizin qorunması, inkişafı, incəsənət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncamlarınız bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var.
Bir qrup incəsənət xadiminə, o cümlədən bizə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi bizi çox sevindirdi və fərəhləndirdi. Buna görə Sizə səmimi minnətdarlığımızı bildirir, bundan sonra da xalqımız üçün daha böyük həvəslə çalışacağımıza Sizi əmin edirik.
Mükafatla bağlı xoş xəbəri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində almağımız bayram ovqatımızı daha da artırdı.
Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğıya və əməyimizə verdiyiniz yüksək qiymətə görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk.
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistləri adından hörmətlə,
Əlizadə Şəhla, Əməkdar artist
Babayeva Töhfə
Vəliyeva Nigar
Zülfüqarova Əminə
Əliyev Samir.
Azərbaycan Respublikası, Bakı şəhəri.