Üzeyir Abdullayevdən, Tovuz, Azərbaycan
Canım-gözüm rəhbərim
Səni candan sevərim
Sənin, vətənin, torpağın uğrunda
Canımdan da keçərim!
Hörmətli Prezident!
Sizin Ramil Səfərovu Azərbaycana gətirməyiniz və onu əfv Sərəncamı ilə həbsdən azad etməyiniz şəxsən məndə bir müharibə veteranı kimi böyük ruh yüksəkliyi yaratdı və bir daha əmin oldum ki, vətənimiz, dövlətimiz etibarlı əllərdədir.
Müharibə veteranı kimi hər an Ali Baş Komandanın əmrinə mən də hazıram. Sizin istər xarici, istərsə də daxili siyasətiniz məni heyran edir və fəxr edirəm ki, həqiqətən də belə bir müstəqil ölkənin vətəndaşıyam.
Allah Sizi sevindirsin, Siz hər an bizi sevindirirsiniz.
Çox hörmətlə,
Abdullayev Üzeyir Ağəli oğlu, Vətən uğrunda həmişə hazır olan Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini.
Azərbaycan Respublikası, Tovuz rayonu.