18 may 2023, 18:00

Saleh Qardaşovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz öz humanistliyiniz, qayğıkeşliyinizlə xalqımızın böyük məhəbbətini qazanmısınız. Mütəmadi olaraq imzaladığınız əfv sərəncamları da humanistliyinizin təzahürüdür. Bu sərəncamlar minlərlə insan üçün yeni ümid yaradır, onlar üçün yeni həyat işığı yandırır, neçə-neçə ailəyə sevinc bəxş edir.

“Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” 2023-cü il 8 may tarixli Sərəncamınız humanist mövqeyinizin növbəti təzahürü oldu. Sizin bu Sərəncamınızla mən cərimə cəzasından azad olunmuşam. Sanki üzərimdəm böyük yük götürülüb, həyatıma rahatlıq gəlib.

Cənab Prezident, buna görə Sizə şəxsən öz adımdan və ailə üzvlərimin adından dərin təşəkkürümü bildirirəm. Biz hər zaman Sizi dəstəkləyirik.

Hörmətlə,

Qardaşov Saleh.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Nərimankənd kəndi.