19 may 2023, 13:01

Orxan Əkbərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Mən Vətən müharibəsi qazisi, eyni zamanda, Vətən müharibəsi şəhidi leytenant Əmrah Əkbərovun qardaşı olaraq həm qazilərə, həm də şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Mən dövlətimin qayğısını daim öz üzərimdə hiss edirəm, pensiya və müavinət alıram, həmçinin mənzillə təmin olunmaq üçün növbəyə götürülmüşəm. Bütün bunlar Sizin şəhid ailələrinə və qazilərə göstərdiyiniz diqqətin bariz nümunələridir.

Cənab Prezident, gündən-günə inkişaf etməkdə olan doğma Azərbaycanımız əminik ki, Sizin rəhbərliyiniz altında daha da çiçəklənəcək, müzəffər Ordumuz daha qüdrətli və daim yenilməz olacaqdır.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əkbərov Orxan Şahid oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.