19 may 2023, 15:20
Əfqan Məmmədovdan, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezident.
“Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” 2023-cü il 8 may tarixli Sərəncamınızla mən cərimə cəzasından azad olunmuşam.
Buna görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümü bildirirəm.
Siz bu Sərəncamınızla böyük humanistlik göstərərək, yüzlərlə insana və onların ailələrinə sevinc bəxş etdiniz.
Ulu Tanrı hər zaman Sizi sevindirsin!
Hörmətlə,
Məmmədov Əfqan.
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Çaylı kəndi.