Səidə Məmmədovadan, Goranboy, Azərbaycan
Möhtərəm cənab Prezident!
Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun respublikamıza ekstradisiya olunması Sizin apardığınız ardıcıl və məqsədyönlü, dəyərli siyasətinizin, gərgin fəaliyyətinizin, dönməzliyinizin bariz nümunəsidir. Ramil Səfərovun respublikamızın torpağına ayaq basdığı dəqiqədə humanist addım ataraq onun əfv olunması barədə imzaladığınız Sərəncamla bir daha sübut etdiniz ki, Siz həqiqətən öz xalqınızın ürəyini oxuyursunuz. Ramil Səfərovun azadlığa buraxılmasını respublikamızın bütün vətəndaşları kimi məktəbimizin kollektivi də ürəkdən bəyənir, onun ailəsinin sevincinə şərik olur, Sizin siyasətinizi dəstəkləyir, dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildirməklə Sizə çox sağ olun deyirik.
Hörmətlə,
Məmmədova Səidə, Goranboy Şəhər 1 saylı orta məktəbin direktoru.
Azərbaycan Respublikası, Goranboy rayonu