Hidayət Nifdullayevdən, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanda cəmiyyətin bir hissəsi olan əlillərə dövlət qayğısı ildən ilə yüksəlir. Qəbul edilən qanunlar, sərəncamlar, verilən qərarlar əlillərin sosial müdafiəsini gücləndirir, vaxtaşırı əlillərə mənzil, maşın və digər hədiyyələr təqdim olunur, hər il onlara verilən pensiya və təqaüdlər artırılır. Sizin diqqət və qayğınız nəticəsində əlillər cəmiyyətin həyatında fəal iştirak edir, onlara daha çox mənəvi dəstək, humanist münasibət göstərilir.
Mən birinci dərəcəli hərbi əliləm. Mən və ailə üzvlərim əhatə olunduğumuz qayğıya, həmçinin rayonumuzda şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara, xəstə uşaqlara göstərilən diqqətə görə Sizə minnətdaram.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Nifdullayev Hidayət Davud oğlu
Azərbaycan Respublikası, Saatlı rayonu.