07 sentyabr 2012, 15:20

Cavid İbrahimovdan, Gədəbəy, Azərbaycan

Çox hörmətli Prezident!

Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və Sizin Sərəncamınızla əfv olunması xəbərini eşitdik. Sevincimizin həddi-hüdudu yoxdur. Bütün gədəbəylilər adından və şəxsən öz adımdan Sizə təşəkkür edir, “Çox sağ olun!” deyirəm. Biz Prezidentimizlə fəxr edirik. Əminik ki, tezliklə böyük Qələbəmizin sorağını eşidəcəyik. Sizin müdrik, uzaqgörən siyasətiniz bundan xəbər verir. Biz bu Qələbəyə günbəgün yaxınlaşırıq. Ölkəmizin istər beynəlxalq aləmdəki nüfuzu, istər daxili sabitlik, istərsə də ordu quruculuğundakı inkişaf bu zəfərin uzaqda olmadığından xəbər verir. Sizin qətiyyətiniz, cəsarətinizlə biz tezliklə buna da nail olacağıq. Allah Sizə və xalqımıza kömək olsun!

Hörmətlə,

İbrahimov Cavid Şahir oğlu.

Azərbaycan Respublikası, Gədəbəy rayonu,
Slavyanka kəndi.