25 may 2023, 13:05

Şəhid ailəsinin üzvündən, Sumqayıt, Azərbaycan

Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan!

Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət müstəqilliyimizin qorunması uğrunda 2001-ci martın 13-də şəhid olmuş Bəşirov Abbas İsmayıl oğlunun həyat yoldaşıyam.

Şəhid adının əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün apardığınız işlər Sizin şəhid ailələrinə olan diqqət və qayğınızdan irəli gəlir.

Sizin rəhbərliyinizlə müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı həyata keçirilir. Bu proqram əsasında bizim ailə Sumqayıt şəhərində təmirli mənzillə təmin olunub. Həmçinin ailə qurmuş oğluma da şəhid övladı kimi kömək göstərilir.

Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan!

Ailəmizə göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Bəşirova Sinə Molla qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.