06 sentyabr 2012, 10:12

Natiq Həmidovdan, Bakı, Azərbaycan

Çox hörmətli Prezidentimiz!

Ramil Səfərovun ekstradisiya olunması ilə bağlı gedən işlər barədə informasiya qıtlığı olsa da mən Sizin bu məsələ ilə ciddi məşğul olduğunuza bütün varlığımla inanırdım. İndi gördüm ki, yanılmamışam. Siz təkcə mənim deyil bütün xalqımızın inamını reallığa çevirdiniz. Siz həqiqətən çoxmiqyaslı bir iş gördünüz. Biz Sizinlə qürur duyuruq. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bizim İlham Əliyev kimi qətiyyətli, mübariz, dönməz Prezidentimiz vardır. Azərbaycanımız üçün, bizim üçün gördüyünüz işlərə görə çox sağ olun!

Hörmətlə,

Həmidov Natiq Neyman oğlu, elmi işçi

Azərbaycan Respublikası, Bakı şəhəri.