Şahin Ağayev, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə gətirilməsinə və əfv olunmasına görə Sizə şəxsən öz adımdan və Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Binəqədi rayon şöbəsi adından təşəkkürümü bildirirəm.
Əziz Prezident, bu fəaliyyətinizdə işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə fədakarlığınızın bariz nümunəsi açıq-aşkar görünür. Son dərəcə təmkinli, səbirli, taktiki gedişlə düşmənlərimizə, bədxahlara endirdiyiniz sarsıdıcı zərbə, vaxtında verilən layiqli cavab hamımızı cəsarətə, vətənpərvərliyə, dövlətinə, xalqına, torpağına, el-obasına sədaqətli olmağa, bir sözlə, həmrəy olmağa çağırır.
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Binəqədi rayon şöbəsi adından hörmətlə,
Şahin Ağayev.
Azərbaycan Respublikası, Bakı şəhəri.