27 may 2023, 14:31
Yaqub Yusibovdan, Ağdaş, Azərbaycan
Cənab Prezident.
Siz ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması, onların problemlərinin həlli ilə bağlı davamlı işlər görür, mühüm sərəncam və fərmanlar imzalayır, tapşırıqlar verirsiniz. Bir vətəndaş olaraq mən də bütün bunların nəticəsini öz həyatımda və fəaliyyət göstərdiyim sahədə hiss edirəm.
Ailəliyəm, iki övladım var. Övladlarımın xəstəliyi ilə əlaqədar Sizə müraciətlər etmişəm, həmişə kömək göstərilib. Bir sözlə, həmişə dərdimə çarə olmusunuz. Ona görə də Sizə təşəkkür etməyi özümə borc bildim.
Fürsətdən istifadə edərək, 28 May – Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Yusibov Yaqub, özəl sektorun işçisi.
Azərbaycan Respublikası, Ağdaş rayonu, Ləki qəsəbəsi.