05 sentyabr 2012, 12:30

Sevda Hüseynovadan, Gəncə, Azərbaycan

Çox hörmətli Prezident!

Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Ramil Səfərovun əfvi ilə bağlı Sərəncamınıza görə Sizə təşəkkür edirik. Sizin bu Sərəncamınızla Azərbaycanda vətənpərvərliyin yeni səhifəsi açıldı. Sağ olun ki, bu addımınızla biz gənclərdə vətənpərvərlik eşqini yenidən alovlandırdınız. Sübut etdiniz ki, Siz heç bir vətəndaşımızı unutmur, daim onların qayğıları ilə yaşayırsınız. Sizə sonsuz təşəkkürümüzü bildiririk. Əminik ki, Qarabağ münaqişəsi də Sizin müdrik siyasətiniz sayəsində tezliklə ədalətli həllini tapacaqdır. Sizin siyasi iradəniz və beynəlxalq aləmdə yüksək nüfuzunuz buna imkan verir. Allah Sizi qorusun!

Hörmətlə,

Hüseynova Sevda Rasim qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.