05 sentyabr 2012, 21:20

Baloğlan Cabbarovdan, Laçın (Ağcabədi), Azərbaycan

Möhtərəm Prezident!

Azərbaycanın qeyrətli oğlanlarından biri Ramil Səfərovun Vətənimizə qaytarılmasındakı səylərinizə və azadlığa buraxılmasında göstərdiyiniz humanistliyə görə Sizə təşəkkür edirik. Siz Ramili yenidən azadlığa qovuşdurdunuz. Bu, Sizin müdrikliyiniz, siyasi iradəniz sayəsində mümkün oldu. Siz xalqımızın hər bir övladına daim dəstək olmusunuz. Biz bunun bir daha şahidi olduq. Mən özüm laçınlıyam, ata-baba yurdum işğal altındadır. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz tezliklə yenidən o torpaqlara qayıdacağıq. Biz Sizə inanır, Azərbaycanın tərəqqisi, ərazi bütövlüyünün bərpası naminə gördüyünüz işlərdə Sizi dəstəkləyirik.

Hörmətlə,

Cabbarov Baloğlan Ələsgər oğlu,
Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Ağcabədi rayonu