07 sentyabr 2012, 11:07

Bəhruz Əliyevdən, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident!

Biləsuvar rayonunun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri Azərbaycanın igid oğlu Ramil Səfərovun əfv olunması barədə Sizin sərəncamınızdan böyük qürur və iftixar hissi keçiririk. Ramil Səfərov bir Azərbaycan gənci kimi öz Vətəninin şərəfini qorumuşdur. Biz şəhid ailələri, Qarabağ müharibəsi əlilləri Ramil Səfərov kimi qəhrəman oğlumuzla fəxr edirik.

Müharibə şəraitində olan bir ölkənin Ali Baş Komandanı kimi Milli Ordumuzun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi Sizin böyük xidmətinizdir.

Əziz Prezident!

Sizə xalqımızın rifahı naminə böyük uğurlar, gələcək fəaliyyətinizdə nailiyyətlər arzulayırıq.
Biləsuvar rayonunun şəhid ailələri və Qarabağ müharibəsi əlilləri adından hörmətlə,

Əliyev Bəhruz.
Azərbaycan Respublikası, Biləsuvar rayonu.