Abbas Məmmədovdan, Lənkəran, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan!
Sizə böyük sevgim və rəğbətim vardır.
Siz Azərbaycanı beynəlxalq müstəvidə hər zaman uğurla təmsil edir, ölkəmizlə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə olduğu kimi, tam dolğun çatdırırsınız. Bu günlərdə Moskva səfəriniz zamanı Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş nazirinə layiqli və tutarlı cavab verməyiniz bizi bir daha sevindirdi. Düşmənlərimizə əsl diplomatiya dərsi keçdiniz.
Həmçinin qeyd etmək istəyirəm ki, Sizin uğurlu sosial-iqtisadi siyasətiniz sayəsində həm ölkəmiz sürətlə inkişaf edir, həm də əhalinin yaşayış səviyyəsi ildən-ilə yüksəlir. Azərbaycanın bu günü dünənindən daha parlaq, daha işıqlı olur.
Allah Sizi hər zaman var eləsin, cənab Prezident.
Hörmətlə,
Məmmədov Abbas
Azərbaycan Respublikası, Lənkəran rayonu, Viravul kəndi.