31 may 2023, 13:07

Sahid Mövsümovdan, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim oğlum talassemiya xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi ilə əlaqədar tez-tez Xaçmaz rayonundan gələrək Bakı şəhərinin Nərimanov rayonunda kirayə mənzil tutub yaşamaq məcburiyyətində qalıram. Son zamanlar kirayə pulunu ödəməkdə, övladımın dərmanlarını almaqda çətinliklə üzləşmişdim. Bununla əlaqədar bir hərbi əlil – həssas təbəqənin nümayəndəsi kimi Vətəndaş Qəbulu Mərkəzində oldum. Mərkəzdə çox yaxşı qarşılandım və problemim diqqətlə dinlənildi. Hərbi əlil olmağım nəzərə alınaraq, mənə kömək göstərilməsi üçün lazımi tədbirlər görüldü və problemim həll edildi.

Cənab Prezident, vətəndaşlara layiqli xidmət göstərən, onların problemlərinin həlli üçün lazımi işlər görən belə bir Mərkəz yaratdığınız üçün Sizə “Çox sağ olun!” deyirəm”.

Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.

Hörmətlə,

Mövsümov Sahid, 2-ci qrup hərbi əlil.

Azərbaycan Respublikası, Xaçmaz şəhəri.