01 iyun 2023, 18:47
Pənah Poladlıdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Ulu Öndər Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu düşüncə həmişə azərbaycançılıq əsasında formalaşdırılıb.
Azərbaycanda gənclər siyasəti inamın, güvəncin göstəricisidir. Siz hər zaman bu siyasəti yaşatmış və inkişaf etdirmisiniz. Bununla yanaşı, gəncləri daim irəli aparmısınız.
Siz xalqınız və Vətəniniz üçün yorulmadan çalışırsınız.
Sizə dərin təşəkkür edirəm, cənab Prezident.
Hörmətlə,
Poladlı Pənah Vaqif oğlu, hərbçi .
Azərbaycan Respublikası, Şirvan şəhəri.