Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.3-cü maddəsinin ikinci cümləsində (hər üç halda), 23.3-cü, 25.3-cü, 179-cu, 190.1-ci və 190.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 13.3-cü maddəsinin ikinci cümləsində (üçüncü halda), 23.3-cü, 25.3-cü və 190.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 13.3-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 179-cu və 190.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164; 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393, № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818, № 12, maddə 1930; 2021, № 6 (I kitab), maddə 565; 2022, № 1, maddə 30; 2023, № 1, maddə 85, № 3, maddə 348) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “13.3-cü maddəsinin ikinci cümləsində (hər üç halda), 23.3, 25.3,” sözləri, “186” rəqəmlərindən əvvəl “179,” rəqəmləri və “187.1-1,” rəqəmlərindən sonra “190.1, 190.2,” rəqəmləri əlavə edilsin;
3.2. 2.2-ci bəndə “Məcəllənin” sözündən sonra “13.1, 13.5-ci maddələrində,” sözləri əlavə edilsin;
3.3. 2.3-1-ci bəndə “Məcəllənin” sözündən sonra “13.3-cü maddəsinin ikinci cümləsində (üçüncü halda), 23.3, 25.3,” sözləri, “187.1-1,” rəqəmlərindən sonra “190.2,” rəqəmləri əlavə edilsin;
3.4. 2.4-cü bənddən “23.3,”, “25.3,” və “179,” rəqəmləri çıxarılsın;
3.5. 2.4-1-ci bənddə “195.2-ci (ikinci halda) maddəsində” sözləri “179, 190.1 və 195.2-ci (ikinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;
3.6. 2.12-2-ci bəndə “Məcəllənin” sözündən sonra “13.3-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci hallarda),” sözləri əlavə edilsin;
3.7. 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.18-ci bənd əlavə edilsin:
“2.18. həmin Məcəllənin 13.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər.”.
4. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1543) 3-cü hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2023-cü il