31 may 2023, 18:45

Samir Abdulqədirovdan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb.

Sizin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu qardaşlığın daha da möhkəmlənməsi üçün göstərdiyi səylər ölkələrimiz arasındakı dostluq-qardaşlıq münasibətlərini əbədi və sarsılmaz etməklə yanaşı, başqa türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Buna görə Sizə təşəkkür edirik.

Bu günlərdə türk xalqı demokratiyanın, ədalətin, inkişafın qələbəsini qeyd edir. Azərbaycan xalqı da bu qələbənin sevincini yaşayır. Əminik ki, Sizin kimi Vətənini, millətini sevən dövlət başçılarının sayəsində iki ölkə arasındakı dostluq əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Hörmətlə,

Abdulqədirov Samir

Azərbaycan Respublikası, Qəbələ rayonu.