Nazim Yusifov və başqalarından, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
Qardaş Türkiyədə baş verən hər hansı mühüm hadisə bizim üçün həssas və təsiredicidir. Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya örnək olan dostluq və qardaşlığınız qəlbimizi qürur və fərəh hissi ilə döyündürür. Qardaş Türkiyə Respublikasında bu il mayın 28-də keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi bizi qəlbən sevindirdi.
Sizin komandanlığınızla Zəfərlə bitən 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi dəstək göstərməsini qədirbilən xalqımız heç vaxt unutmayacaq.
Azərbaycan və Türkiyə xalqlarının minillik dostluğu və qardaşlığı bu gün Sizin və Rəcəb Tayyib Ərdoğanın simasında örnək olacaq şəkildə davam edir.
Azərbaycan xalqının Sizə, qardaş Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğana olan inamı və etibarı sonsuz və sarsılmazdır.
Hörmətli cənab Prezident!
Sizə möhkəm cansağlığı, uzun ömür, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Yusifov Nazim Polad oğlu,
Məmmədov Paşa Cahangir oğlu,
Mahmudov Ramiz Əli oğlu,
Abidov Xeyrəddin Adil oğlu.
Azərbaycan Respublikası, Şəki şəhəri.