Təvəkkül Kərimovdan, Qəbələ, Azərbaycan
Möhtərəm cənab Prezident!
Mən 1994-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qurulan nizami orduda xidmət etməyə başlamışam. Ordumuzun güclənməsi üçün hansı işlərin görüldüyünü xidmət etdiyim dövrdə görüb, hiss etmişəm. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin tərəfinizdən daha da müasirləşdirilmiş və gücləndirilmiş Azərbaycan Ordusu bu gün Müzəffər Ordudur.
Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsində şübhəsiz ki, Türk dövlətləri ilə olan dostluq və qardaşlıq münasibətləri də mühüm rol oynayır. Xüsusilə, qardaş Türkiyə Respublikası ilə yüksək səviyyədə qurulan münasibətlər bu gün dünya dövlətləri üçün bir nümunədir. Bu münasibətlər Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğu, qardaşlığı sayəsində gündən-günə daha da möhkəmlənir.
Bir neçə gün əvvəl – mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi hamımızı qəlbən sevindirdi. İnanırıq ki, qarşıdakı illərdə Azərbaycan-Türkiyə qardaşlığı və bunun fonunda Türk dövlətlərinin birliyi daha da möhkəmlənəcəkdir.
Hörmətlə,
Kərimov Təvəkkül
Azərbaycan Respublikası, Qəbələ rayonu, Soltannuxa kəndi.