Bir qrup ziyalılardan və sadə vətəndaşlardan, Bakı, Azərbaycan
Həyatda daim inandığımız, şəxsiyyətini uca tutduğumuz, Azərbaycanın bu gününü və gələcəyini yüksək bacarıqla apardığı daxili və xarici siyasətində gördüyümüz müdrik və cəsarətli Prezidentimiz.
Bu il mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərində Türk millətinin sevimlisi, Sizin qardaşınız, dostunuz Rəcəb Tayyib Ərdoğanın qələbəsi hamımıza böyük sevinc bəxş etdi.
İnanırıq ki, xalqımızın xoşbəxtliyi, müstəqilliyimizin əbədi olması, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün məqsədyönlü işlər davam etdiriləcək, Türk dövlətləri ilə qırılmaz və əbədi dostluq münasibətləri sayəsində Azərbaycan dövləti və iqtisadiyyatı ən yüksək zirvəyə çatdırılacaq, xalqımızın daha firavan və yüksək rifah içərisində yaşamasına, dövlət əhəmiyyətli iri layihələrin gələcəkdə də həyata keçirilməsinə nail olunacaq.
Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!
Ölkəmizin inkişafı, xalqımızın firavan yaşaması uğrunda addımladığınız yolda Allah Sizə yar olsun!
Bir qrup Azərbaycan ziyalıları və sadə vətəndaşlar adından hörmətlə,
Mehrac Əliyev – 1994-1996-cı illərdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı,
Sakit Hüseynov – AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor,
Rəna Mirzəzadə – AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor,
Şakir Musayev – AMEA-nın müxbir üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri,
Əyyub Kərimov – Azərbaycan Texniki Universitetinin professoru,
Xudat Hüseynov – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının baş müəllimi,
Nazim Kazımov – Əməkdar incəsənət xadimi, professor və başqaları (44 nəfər).
Azərbaycan Respublikası, Bakı şəhəri.