07 sentyabr 2012, 13:50

Sığırlı kəndinin sakinlərindən, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident!

Göstərdiyiniz uzunmüddətli səyləriniz nəticəsində ordumuzun Macarıstanda həbsdə olan zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsi və Sərəncamınızla azadlığa buraxılması kəndimizin sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur.

Ramilin Vətənə qaytarılması ümumxalq bayramına çevrilmişdir. Hamı bir-birini təbrik edir, gözaydınlığı verir və atdığınız humanist addımdan danışırlar. Siz bu addımınızla xalqımıza böyük sevinc bəxş etdiniz. Vətəninizə, xalqınıza, vətəndaşınıza necə bağlı olduğunuzu bir daha sübut etdiniz. Biz Sizinlə fəxr edirik!

Hörmətlə,

Sığırlı kəndinin sakinləri

Azərbaycan Respublikası, Kürdəmir rayonu.