Malik Abbasovdan, Kürdəmir, Azərbaycan
Çox hörmətli Prezident!
Uzun müddət Macarıstanda həbsdə olan zabitimiz Ramil Səfərovun Azərbaycana gətirilməsindəki səylərinizə və onun əfv olunması üçün atdığınız humanist addıma görə Sizə minnətdarlığımı bildirirəm. Sizin bu addımınızdan qürur duyur, iftixar hissi keçirirəm. Azərbaycan zabiti kimi Ramil Səfərov ölkəmizin şərəfini qorumuşdur. Müharibə şəraitində olan ölkənin ordusunun əcnəbi ölkədə ömürlük həbs cəzasına məhkum olunmuş zabitinin doğma Vətəninə ekstradisiya edilməsi böyük qələbədir. Bu, Sizin beynəlxalq aləmdəki şəxsi nüfuzunuzun göstəricisidir. Bu, apardığınız uğurlu xarici siyasətin nəticəsidir.
Ölkəmizin tərəqqisi naminə gələcək fəaliyyətində Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Malik Abbasov
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Xırdapay kəndi.