Soltan Muxtarovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Respublikamızın hər bir bölgəsi kimi, Ağdam rayonunun da sosial-iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir. Hazırda rayonumuzun işğaldan azad olunmuş ərazilərində böyük quruculuq işləri həyata keçirilir. Düşmən tərəfindən xarabalığa çevrilmiş Ağdamın yerində müasir üslubda yeni yaşayış məntəqələri salınır.
Eyni zamanda, hazırda yaşayış olan kənd və qəsəbələr də daxil, ümumilikdə rayon ərazində avtomobil yollarının əsaslı təmiri və bərpası işləri həyata keçirilir.
Möhtərəm cənab Prezident, rayonumuza göstərdiyiniz qayğı və diqqətə görə ailəm adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzu edirəm.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Muxtarov Soltan
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.