Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.
Kanada ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz Azərbaycanla əlaqələri möhkəmləndirməkdən məmnundur. Bizim tərəfdaşlığımız ortaq dəyərlərə, o cümlədən Cənubi Qafqazda uzunmüddətli sülhə və sabitliyə, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası əlaqələrə əsaslanır.
Müsbət ikitərəfli əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərin həlli istiqamətində birgə səylərimizlə daha da möhkəmlənir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.
Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına əmin-amanlıq, rifah arzulayıram.
Hörmətlə,
Meri Saymon
Kanadanın General-Qubernatoru