06 iyun 2023, 16:00

Fədai Musaylıdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mayın 25-də Moskva şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Sizin beynəlxalq arenada güclü və qətiyyətli mövqeyinizin bir daha şahidi olduq və Sizinlə bir daha qürur duyduq. Vətənimizi layiqli təmsil etdiyiniz üçün Sizə hər zaman minnətdarıq.

Sizin müdrik xarici siyasətiniz nəticəsində respublikamız bütün dünyada güclü nüfuz qazanıb. Sizin Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş nazirinə həm çıxışınızla, həm jestlə verdiyiniz tutarlı cavablar ürəyimizdən xəbər verdi.

Cənab Prezident, Sizə tərtərlilər adından öz minnətdarlığımızı bildiririk. Tərtərlilər Sizi hər zaman dəstəkləyir və Sizə inanır. Ulu Tanrı Sizi və ailənizi qorusun. Nə yaxşı ki, varsınız və Azərbaycanımızı beynəlxalq arenada tanıdırsınız.

Hörmətlə,

Musaylı Fədai

Azərbaycan Respublikası, Tərtər rayonu, Qaynaq kəndi.