07 sentyabr 2012, 13:40
Əbil Muxtarovdan, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycanın igid oğlu Ramil Səfərovun azad edilməsində və əfv olunmasında göstərdiyiniz fədakarlığa görə Sizə dərin təşəkkürümü və hörmətimi bildirirəm. Sizin bu məsələdə çəkdiyiniz əziyyəti yaxşı bilirik. Bilirik ki, bu işin hasilə gəlməsində Sizin uğurlu siyasətiniz, dünyadakı şəxsi nüfuzunuz mühüm rol oynamışdır. Biz Sizinlə fəxr edirik! Biz Sizə güvənir və arxalanırıq! Sizin arxanız, dayağınız isə xalqımızdır. Xalqımız Sizi sevir və dəstəkləyir.
Hörmətlə,
Muxtarov Əbil, müharibə veteranı
Azərbaycan Respublikası, Masallı rayonu, Göyəçöl kəndi.