07 sentyabr 2012, 11:50

Şamaxı dini icmasından, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ordumuzun zabiti, xalqımızın qeyrətli oğlu Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi xəbəri hamı kimi bizi də çox sevindirdi. Onun Sizin tərəfinizdən əfv olunması isə sevincimizi birə on artırdı. Bu, Sizin Qarabağ uğrunda mübarizədə həlak olmuş minlərlə şəhidlərimizin ruhu qarşısında gördüyünüz ən böyük işlərdən biridir.

Ümid edirik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Sizin sayənizdə uğurla davam etdirilən siyasət nəticəsində tez bir zamanda Qarabağ torpağımız yağı düşməndən təmizlənəcəkdir. Bunu Ramil Səfərovun timsalında bütün Azərbaycan xalqı gördü və bir daha Prezidentin öz xalqını, millətini nə qədər sevdiyinin şahidi oldu. Hamı kimi biz də bütün sevinənlərə qoşularaq Sizə uzun ömür, cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Qoy, uca Allah Sizə yar olsun!

Hörmətlə,

Birinci Çaylı kənd Cümə məscidinin dini icması

Azərbaycan Respublikası, Şamaxı rayonu.