Şəhid övladından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan xalqının 30 illik torpaq həsrətinə Sizin qətiyyətiniz, cəsarətiniz, müdrik siyasətiniz, Ali Baş Komandan olaraq mahir sərkərdəlik bacarığınız sayəsində son qoyuldu. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, Azərbaycanın ərazi bütövlüyün bərpası, həmçinin işğaldan azad edilmiş ərazilərdə sürətlə tikinti-quruculuq işlərinin həyata keçirilməsi xalqımıza yüksək əhval-ruhiyyə bəxş etmiş, keçmiş məcburi köçkünlərə yeni həyat vermişdir.
Bütün bu işlərlə yanaşı, Siz şəhid ailələrini də yaddan çıxarmır, onlara həmişə diqqət və qayğı göstərirsiniz. Bütün bunlar xalqımızın Sizə olan inam və məhəbbətini daha da artırır.
Mən şəhid övladıyam. Atam müharibədə həlak olmuş, anam isə bir müddət bundan əvvəl vəfat etmişdir. Dövlətimizin maddi və mənəvi dəstəyi sayəsində ömür sürürəm. Elə buna görə Sizə minnətdarlıq etməyi özümə borc bildim.
Əziz Prezidentimiz, yolunuz hər zaman açıq olsun.
Hörmətlə,
Əhmədov Sahib, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Gəncə şəhəri.