Bahadur Babayevdən, Sumqayıt, Azərbaycan
Hörmətli Prezidentimiz!
Ümummilli liderimiz Heydər Əliyevin müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, suverenliyimizin qorunmasına, ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlmiş ideyalarının həyata keçirilməsi və daha da inkişaf etdirilməsi sahəsində fəaliyyətinizdə Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu daim sübut edirsiniz. Siz hər bir azərbaycanlıya şəxsiyyət kimi baxır, hörmətlə yanaşırsınız, xüsusilə dövlətçiliyimizin qorunmasında səy göstərənlərə həmişə mənəvi ruh verir, dayaq durursunuz. Bu günlərdə Azərbaycanın nüfuzunun qorunmasında mərdlik və mübarizlik göstərmiş, ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Sizin dəstəyinizlə azadlığa buraxılması hədsiz sevincimizə səbəb oldu. Biz Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Babayev Bahadur,
Sumqayıt Texniki Təbiət Elmləri Liseyinin müəllimi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.