17 iyun 2023, 13:30
Xanlar Əliyevdən, Ağcabədi, Azərbaycan
Salam, hörmətli cənab Prezident!
Ölkəmizdə əhalinin həssas təbəqəsinin sosial durumunu yaxşılaşdırmaq üçün yeritdiyiniz siyasət Ağcabədi rayonunda da nəzərəçarpandır. İstər pandemiya vaxtında, istər Vətən müharibəsi dövründə, istərsə də hazırkı vaxtda şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğı Sizin sayənizdə yüksək səviyyədədir.
Biz görürük ki, çətinlik və problem müşahidə olunan hər hansı bir sahəyə çevik və operativ reaksiya verilir. Bütün bunlar Sizin insan amilinə verdiyiniz dəyərin, qəti və ciddi tapşırıqlarınızın nəticəsidir.
Allah Sizi qorusun.
Hörmətlə,
Əliyev Xanlar
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.