07 sentyabr 2012, 09:40

Cümşüd İsmiyevdən, Sumqayıt, Azərbaycan

Cənab Prezident! Təşəkkür edirik!

Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması Sizin yorulmaz fəaliyyətinizin bəhrəsi olmaqla, vətənə dönüşü ilə azadlığa buraxılması Ali Baş Komandanın və bütün millətin qələbəsidir.

Möhtərəm Prezident!

Sizin bu böyük və humanist addımınız bütün gənclərimiz üçün “dövlət, vətən uğrunda əlindən gələni edən insanların dövlət hər zaman yanında olacaq!”dır mesajı oldu. Xalq, vətən və dövlət üçün görülən işlər heç vaxt əvəzsiz qalmır. Sonunda ədalət zəfər çalır! Bu zəfər Böyük Qələbəmizin carçısıdır.

Möhtərəm Prezident!

Sizə bu qələbə ilə bağlı göz aydınlığı verir, Sizə və Sizin şəxsinizdə bütün xalqımızı təbrik edirik!

Sumqayıt şəhər “Lift-Servis” Birliyinin çoxsaylı kollektivi adından hörmətlə,

İsmiyev Cümşüd Rüstəm oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.