07 sentyabr 2012, 11:02
Sadıq Əliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Xalqımızın mərd, qeyrətli, vətənpərvər oğlu Ramil Səfərovun azadlığa buraxılmasında göstərdiyiniz şəxsi təşəbbüskarlığa, misilsiz əməyə, fədakarlığa və əzmkarlığa görə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 105 saylı evin sakinləri Sizə öz dərin sevgilərini, səmimi minnətdarlıqlarını bildirirlər.
Sizə Ulu tanrıdan uzun ömür, möhkəm cansağlığı, əbədi ailə səadəti, habelə doğma Azərbaycanımızın daha da tərəqqi və çiçəklənməsi naminə, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmlənməsi, vətəndaşlarımızın xoş güzəranı naminə, gələcək çətin və şərəfli fəaliyyətinizdə böyük uğurlar diləyirik.
Hörmətlə,
Əliyev Sadıq Ağarıza oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 105, mənzil 111.