16 iyun 2023, 13:44

Şəhid bacısından, Biləsuvar, Azərbaycan

Möhtərəm Ali Baş Komandan!

Siz bizə mənfur düşmənimiz olan Ermənistan üzərində Qələbə sevinci yaşatmısınız. Bu Qələbə ilə adınız tarixə Müzəffər Ali Baş Komandan kimi yazıldı. Hamı kimi mən də, şəhid bacısı olaraq bu Qələbəyə ikiqat sevinmişəm. Bu Qələbəni bizə yaşatdığınız üçün çox sağ olun.

Cənab Prezident, Sizin məhkəmə-hüquq sistemində apardığınız islahatların müsbət nəticəsinin bu günlərdə mən də şahidi oldum. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşımın cinayət işinə baxılması zamanı hakimlərin yüksək peşəkarlıqla ədalətli məhkəmə araşdırmasını gördükdə mən bir Azərbaycan vətəndaşı olaraq bir daha qürur hissi keçirdim.

Belə məhkəmə sisteminin və hakimlər korpusunun formalaşdırılması Sizin xidmətinizdir. Sizə təşəkkür edirəm.

Hörmətlə,

Abdullayeva Aynur, şəhid bacısı.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Ovçubərə kəndi.