16 iyun 2023, 16:45

Toğrul Qasımovdan, Bakı, Azərbaycan

Salam, cənab Prezident!

Bu günlərdə mən Kəlbəcərdə oldum, həm kədərləndim, həm də sevindim. Düşmən vəhşiliyini, dağıdılmış ata-baba evlərimizi görmək nə qədər ağır olsa da, sürətlə həyata keçirilən quruculuq işləri, doğma el-obamızın bərpası qəlbimizdə nikbinlik hissini alovlandırır. Keçirdiyim hissləri sözlə tam ifadə etməkdə çətinlik çəkirəm. Sizin gördüyünüz işlərin dəyəri çox böyükdür. Bunları görmək, qiymətləndirmək və doğrunu demək hesab edirəm ki, hər bir vətənpərvər insanın borcudur.

Kəlbəcəri azad etdiyinizə və yenidən qurduğunuza görə Sizə dərindən təşəkkür edirəm.

Hörmətlə,

Qasımov Toğrul

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.