Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Hüquqi yardım haqqında ərizələrin təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın, “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli orqanın və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 754 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 488) 3-cü hissəsində “Ədliyyə Nazirliyi” sözləri “Baş Prokurorluğu” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan dəyişiklik barədə Avropa Şurasının Baş katibinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2023-cü il