07 sentyabr 2012, 18:05

Rəşid Axundovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Sizin ilk dəfə Prezident seçkilərində işlətdiyiniz bir ifadə hamımızın ürəyincə olmuşdur. Siz demişdiniz ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm! Bu ifadəni Siz dəfələrlə öz əməllərinizlə sübuta yetirmişiniz. Amma bu son addımınız bütün Azərbaycan xalqına bir daha seçimlərində yanılmadıqlarına əla bir nümunə oldu. Bir erməninin Azərbaycan bayrağına hörmətsizlik etməyinə görə öz həyatından, öz azadlığından məhrum olmaqdan belə çəkinməyən, igidliyi ilə hamımızın sevimlisinə çevrilən Ramil Səfərovun azad olunaraq Vətənə gətirilməsi üçün illərlə əlinizdən gələni edərək belə bir çətin işin öhdəsindən gəldiniz. Siz böyüklüyünüzü bir daha göstərdiniz. Belə humanist addımla bir daha sübut etdiniz ki, Siz bu xalqın qeyrətli, xalqsevən oğlusunuz. Bu xalq Sizinlədir, cənab Prezident! Sizin hər bir göstərişiniz, əmriniz, sərəncamınız bizim həyatımızın bahasına başa gəlsə belə biz Sizinləyik!

Hörmətlə,

Axundov Rəşid Rəfail oğlu, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, ev 5, mənzil 27.

Azərbaycan Respublikası, Bakı şəhəri.