Səkinə Xəlilovadan, Beyləqan, Azərbaycan
Hörməli cənab Prezident!
Mən şəhid anasıyam. İki övladım var idi. Oğlum Elnur Xəlilov 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuşdur.
Bu bir danılmaz həqiqətdir ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Sizin diqqət mərkəzinizdə olmuşdur. Mən şəhid anası olaraq, bu qayğını görənlərdən biriyəm. Qürur duyuram ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.
Digər oğlum Rəşad Xəlilovun işlə təmin olunması barədə müraciətim müsbət həllini tapmış və o, işlə təmin olunmuşdur. Bundan əlavə, mənə başqa köməkliklər də göstərilmişdir.
Sizin kimi qayğıkeş və müdrik Liderin ölkəmizə rəhbərlik etməsinə sevinir və Sizə öz minnətdarlığımı bildirirəm. Sizə və mənə kömək göstərən hər kəsə dua edirəm.
Hörmətlə,
Xəlilova Səkinə, şəhid anası.
Azərbaycan Respublikası, Beyləqan rayonu, Bolsulu qəsəbəsi.